RU

DİM sədri: Azərbaycan dili üzrə sertifikasiya imtahanı COP29-dan sonra keçiriləcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı (ADSİ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdıqdan sonra keçiriləcək.

Bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ADSİ üzrə əvvəlcə sınaq imtahanı keçiriləcək. Məleykə Abbaszadə imtahan tarixinin yaxın zamanda ictimaiyyətə açıqlanacağını qeyd edib.

Xatırladaq ki, imtahan iştirakçılarının Azərbaycan dili üzrə biliklərinin qiymətləndirməsi A1, A2 başlanğıc, B1, B2 orta, C1, C2 yuxarı səviyyələrində aparılacaq.

Избранный
41
10
xalqqazeti.az

10Источники