RU

"Qərb hələ də Rusiyanın işlərinə müdaxilə etməyə çalışır" - Lavrov

"Qərb ölkələri Rusiyanın kritik infrastrukturuna zərər vurmaq üçün onun rəqəmsal məkanına qəsdən müdaxilə cəhdlərini davam etdirir". 

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən “Rəqəmsal Beynəlxalq Münasibətlər 2024” konfransında çıxışı zamanı deyib.

 

Nazir qeyd edib ki, müasir texnologiyalar əlavə imkanlar açmaqla yanaşı, həm də xeyli risklər yaradır:

 

“Bu risklər ölkəmizin rəqəmsal məkanına qəsdən müdaxilə cəhdlərinin, kritik infrastrukturun zədələnməsinə yönəlmiş kiberhücumların, eləcə də əhaliyə informasiya və psixoloji təsir məqsədi ilə dezinformasiyanın yayılmasının artmasında özünü büruzə verir. Bu cür çağırışların mənbəyi beynəlxalq informasiya məkanında icazəliliyini qoruyub saxlamağı qarşısına məqsəd qoyan Qərbdir”.

 

Firuzə Əliyeva
 

Избранный
9
sfera.az

1Источники