RU

Belarusun MSK Çemodanovanın prezidentliyə namizəd kimi qeydə alındığını elan edib

Belarusda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək istəyən namizədlər arasında qadın da var.

Ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK)verdiyi məlumata görə, bu Minsk Şəhər İcraiyyə Komitəsinin ideoloji iş və gənclərlə iş üzrə baş şöbəsinin müdiri Olqa Çemodanovadır.

"Olqa Çemodanovanın prezidentliyə namizəd kimi irəli sürülməsi üzrə təşəbbüs qrupunun qeydə alınması ilə bağlı sənədlər Belarus Mərkəzi Seçki Komissiyasına təqdim edilib", - Komissiyanın Teleqram kanalında deyilir.

Bir gün əvvəl Belarus Liberal Demokrat Partiyasının lideri Oleq Qaydukeviçin və ölkənin Əmək və Ədalət Respublika Partiyasının lideri Aleksandr Xijnyakın namizədliyini dəstəkləyən təşəbbüs qruplarının qeydə alınması üçün sənədlər də MSK-ya təqdim edilib.

Избранный
26
aznews.az

1Источники