RU

Avrozonada inflyasiya sürətlənib: Ən çox bahalaşan...  

Oktyabr ayında avrozonada istehlak qiymətləri illik müqayisədə 2 faiz artıb.

Musavat.com xəbər verir ki, bu, Avropa İttifaqının statistika idarəsinin – Eurostat-ın ilkin hesabatından aydın olur.

Açıqlanan göstəricidən aydın olur ki, Aİ-də inflyasiya 1,7 faiz təşkil edən sentyabr ayı ilə müqayisədə daha da sürətlənib.

"Trading Economics" analitiklərinin konsensus proqnozu oktyabrda istehlak qiymətlərinin artım tempinin 1,9 faizə yüksələcəyini nəzərdə tuturdu.

İlkin məlumatlara görə, bu ay xidmətlərin qiymətində artım sentyabrda olduğu kimi, 3,9 faiz təşkil edib. Ay ərzində ərzaq məhsullarının, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərinin artımı 2,4 faizdən 2,9 faizə qədər sürətlənib. Oktyabrda sənaye məhsulları 0,5 faiz (sentyabrda +0,4 faiz) bahalaşıb, enerji resursları 4,6 faiz (sentyabrda -6,1 faiz) ucuzlaşıb.

Ərzaq və enerji xərclərini nəzərə almasaq istehlak qiymətləri (CPI Core index) bir ay əvvəl olduğu kimi 2,7 faiz artıb. Mütəxəssislər artımın 2,6 faizə qədər azalacağını gözləyirdilər.

Avrozonada istehlak qiymətləri oktyabrda əvvəlki ayla müqayisədə 0,3 faiz artıb. Sentyabrda aylıq bazda 0,1 faiz azalma olmuşdu.

Oktyabr ayı üçün avrozonada inflyasiya dinamikası ilə bağlı yekun məlumatlar noyabrın 19-da açıqlanacaq.

Musavat.com

Избранный
88
1
musavat.com

10Источники