Beynəlxalq Test Agentliyi (ITA) rusiyalı boksçu Aleksandr Povetkini yarışlardan kənarlaşdırıb.
Fanat.Az xəbər verir ki,məlumatı ITA-nın mətbuat xidməti yayıb.
Antidopinq qaydalarını pozmaqda şübhəli bilinən Povetkin Moskva antidopinq laboratoriyasının məlumat bazası əsasında oktyabrın 21-dən etibarən müvəqqəti diskvalifikasiya olunub.
Qeyd edək ki, idmançının qaydaları pozması halı 2014-cü ilin oktyabrında qeydə alınıb.