RU

Yaşayış binasındakı yanğında tüstüdən zəhərlənən 12 nəfərin durumu necədir? — TƏBİB-dən AÇIQLAMA

Xəbər verildiyi kimi Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğında xəsarət alanların olub-olmaması ilə bağlı TƏBİB-dən Bizim.Media-ya açıqlama verilib.

Qurumdan bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 31.10.2024-cü il tarixində saat 16:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın səbəbilə çağırış daxil olub. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 12 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib.
Избранный
66
21
demokrat.az

10Источники