Uzun müddətdir ki, “Bakıkart” tətbiqi işləmədiyindən paytaxtda ictimai nəqliyyatdan istifadə edənlər alternativ ödəniş üsullarını seçir.
Aylardır “Bakıkart” tətbiqində yaranmış problemin qısa müdətdə həll ediləcəyi deyilsə də, hələlik yerində qalmaqdadır.
Sərnişinlər isə hələlik telefonla ödəniş etmək üçün “birbank” və ya “m10” mobil tətbiqlərindən istifadə edirlər.
Amma “Bakıkart”sistemindəki boşluq nəticəsində bəzi hallarda sərnişinlərdən artıq pul çıxılır.
Bu gün ictimai nəqliyyatdan istifadə edərkən bunun şəxsən şahidi oldum.
Belə ki, mindiyim 199 nömrəli avtobusun bir nəfər üçün gediş haqqının 55 qəpik olduğunu bilmədiyimdən yanlışlıqla “birbank” mobil tətbiqində 50 qəpiklik bilet yaratdım. “Balansda məbləğ yoxdur” yazısını gördükdə sürücü bildirdi ki, 55 qəpiklik bileti seçmək lazımdır. Özü də mənə və başqa bir xanıma xəbərdarlıq etdi ki, elə olanda bank kartından 2 dəfə pul silinir. Növbəti dəfə 55 qəpiklik 2 bilet yaratdıqdan sonra kart hesabıma baxanda doğrudan da bir nəfər üçün həm 1 manat, həm də 55 qəpiyin silindiyini gördüm. Yəni əvvəlcə səhvən seçdiyim 50 qəpiklik bilet üçün 2 dəfə, həm də sonradan yaradılan 55 qəpiklik biletin pulu silinib.
Sözügedən ödəniş hər nə qədər “birbank” mobil tətbiqi vasitəsilə edilsə də, ödənişlər “Bakıkart”a getdiyindən bunun kart yaradılarkən buraxılan boşluqlardan qaynaqlandığını düşünürəm. Əgər hansısa avtobus üçün sərnişin səhvən 55 qəpik əvəzinə 50 qəpiklik bilet alırsa, “hesabınızda balans yoxdur” yazılırsa, onda nə üçün eyni anda hər 2 məbləğ sərnişindən tutulmalıdır? Ümid edirik ki, uzun müddətdir, aparılan təkmilləşmə işləri nəticəsində bu problemlər də aradan qaldırılacaq.
Ona görə ümidə belə bağlamışıq ki, “Bakıkart”la bağlı əldə etdiyimiz nömrələrin heç biri ilə əlaqə saxlamaq mümkün olmadı.
Məbləğin qayıdıb-qayıtmayacağına baxacağıq. Amma bütün hallarda bu bir problemdir və aradan qaldırılmalıdır. Bəlkə o pul sərnişinin həmin gün kartındakı sonuncu məbləğdir və ona arxayın olaraq yola çıxıb.
Əgər rəsmi şəkildə buna bir izahları varsa, cavablarını eşitməyə hazırıq. (Ölkə.az)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта