"Dezinformasiya ilə mübarizə Ukrayna prezidenti Vladimir Zelenskinin hazırladığı yeni qələbə planının ilk bəndidi".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət başçısının rabitə üzrə müşaviri Dmitri Litvin danışıb.
Onun sözlərinə görə, Ukraynanın bir çox sakinləri ölkədə baş verənlər barədə doğru xəbərlər ala bilmir.
"Kiyevin Qərb tərəfdaşları da oxşar vəziyyətlə üzləşiblər. Məhz bu səbəbdən Zelenski dezinformasiyaya qarşı mübarizəni qələbə planının ikinci variantına daxil etməyi zəruri hesab edib” - Litvin deyib.
Onun sözlərinə görə, müvafiq tapşırıqların yerinə yetirilməsinə Ukrayna Müdafiə Nazirliyinin Dövlət Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidməti cavabdeh olacaq.
Prezidentin müşaviri onu da əlavə edib ki, yaxın bir neçə həftə ərzində yeni qələbə planı açıqlanacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта