RU

Azərbaycanda hotellərdə qiymətlər fantastik həddə yüksəldi

Məlum olduğu kimi, bu il noyabr ayının təxminən yarısını bayram və tətil günləri təşkil edir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə 8, 9, 10, 11, 12, 13 noyabr ardıcıl qeyri-iş günləri olacaq. Təhsil müəssisələrində isə noyabrın 12-dən 22-dək payız tətili elan olunub.

Həmçinin ölkədə mötəbər COP29 tədbirinin keçirilməsi ilə əlaqədar gələn ay bəzi dövlət qurumlarında işçilərin 70 faizi evdən işləyəcək. Bununla bağlı qurumlara Nazirlər Kabineti tərəfindən müvafiq tapşırıq verilib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qeyri-iş günlərinin çoxluğu təbii olaraq noyabrda tətil etmək istəyənlərin sayını artırıb. Artıq sosial şəbəkələrdə həmin günlərdə Bakıda bir çox hotelin dolması ilə bağlı məlumatlar yayılıb. Təklif olunan boş yerlərdə isə gecələmə qiymətlərinin çox yüksək olduğu deyilir.

Bunu nəzərə alaraq bölgələrdəki hotellərdə doluluq səviyyəsi və qiymətlərlə maraqlandıq. Məlum oldu ki, artıq indidən əhali bayram günlərinə rezervasiya etməyə başlayıb.

“Şamaxı Palace” Hoteldə 2 nəfər üçün noyabrın 8-i səhər-axşam qidalanma ilə eyvansız delüks otağın qiyməti 350 AZN təşkil edir. 3 dəfə qidalanma ilə isə bu məbləğ 400 manata başa gəlir. Bir həftə üçün qiymətlər isə müvafiq olaraq 2100-2400 AZN təşkil edir.

Hoteldən, həmçinin bildirildi ki, bu, bayram qiymətləridir və noyabrın 12-dək belə davam edəcək. Həmin tarixdən sonra isə eyvansız delüks otağın bir günlük qiyməti səhər qidalanma ilə 240, səhər-axşam qidalanma ilə 290, 3 dəfə qidalanma ilə isə 340 AZN olacaq.

“Qalaaltı” Hoteldə 8 noyabrda 2 nəfər üçün 3 dəfə qidalanma daxil, qiymət 350 AZN-dir. Hoteldən bildirildi ki, müştərilərə qidalanmasız otaq verilmir. Bir həftəlik 2 nəfər üçün standart paket üzrə qiymət isə 2120 AZN təşkil edir. Bura 3 dəfə qidalanma ilə yanaşı, müayinə və müalicələr də daxildir.

Maraqlıdır ki, COP29 dövründə endirimlər var. Belə ki, noyabrın 14-də səhər yeməyi daxil bir günlük qonaqlama qiyməti 170, iki dəfə qidalanma ilə 220, 3 dəfə qidalanma ilə isə 280 AZN təşkil edir. Qeyd olunan dövrdə bu hoteldə bir həftəlik gecələmə isə 2 nəfərə standart paketlə 1820 manata başa gələcək.

“Lənkəran Springs” Hoteldə noyabın 8-dən etibarən 2 nəfər üçün 2 gecəlik qiymət 3 dəfə qidalanma ilə 740 AZN təşkil edir. Həmin tarixdən girişlə 7 gün üçün qonaqlama qiyməti isə 2206 AZN-dir.

Günlük qiymətlərə qidalanma və SPA xidmətləri daxildir. Bir həftə qaldıqda isə sözügedən məbləğə həkim müayinələri də əlavə olunur.

14 noyabrda səhər yeməyi ilə 200, 2 dəfə qidalanma 250, 3 dəfə qidalanma 300 AZN təşkil edir. Bu tarixdən 7 gün ərzində standart paket üzrə qiymət 1974 AZN olacaq.

Naftalanda yerləşən “Çinar” Hoteldə tətilin ilk günü giriş olmaqla 3 dəfə qidalanma daxil standart otaqda 2 nəfər üçün bir gecəlik qiymət 247 AZN təşkil edir. Bu hotelə müalicə məqsədilə gəlindiyini nəzərə alsaq, 7 gecəlik rezervasiya tibbi paket sayılır. Tətil günləri ilə əlaqədar artıq Naftalan hotellərinə üz tutanların sayı çox olduğundan müraciət etdiyimiz hoteldə standart və delüks otaq qalmayıb. Qalanlar minimum premium otaqlardır ki, burada da standart tibbi paketlə (3 dəfə tibbi prosedurlarla) 1 gecə 620 AZN, həftəlik qiymət isə 4340 AZN təşkil edir.

Избранный
40
9
publika.az

10Источники