RU

AB Rusiya ilə müharibəyə hazırlaşır: Çağırış edildi

Avropa Biriyinə üzv ölkələrin sakinlərinə müharibə və ya digər fövqəladə vəziyyət üçün ərzaq və zəruri ləvazimat hazırlığı görmək tapşırılıb.

Axar.az xəbər verir ki, müvafiq tövsiyə Avropa Komissiyası prezidentinin müşaviri, Finlandiyanın keçmiş prezidenti Sauli Niinisto tərəfindən yazılan Avropanın mülki və hərbi hazırlığına dair hesabatda qeyd olunub.

Bildirilib ki, AB COVİD-19 pandemiyasına və Rusiyanın Ukraynaya qarşı müharibəsinə hazır deyildi və reaksiyadan fəal hazırlığa keçməyə qərar verilib. Buna görə də ev təsərrüfatlarına fövqəladə hallar zamanı ən azı 72 saat özünü təmin etməyə hazır olmaları tövsiyə olunub:

“Üzv dövlətlər vətəndaşlarına ehtiyat toplama, təxliyə və fövqəladə hallar xidmətlərinə çıxışla bağlı təlimat verməlidir. Söhbət tez xarab olmayan qida, su, dərman, fənərlər, batareyalar və portativ radiodan gedir. Əsas təhlükə Rusiyanın mümkün təcavüzüdür”.

Избранный
21
axar.az

1Источники