RU

DSX-nin Sərhəd Nəzarəti Komandanlığı COP29-a hazırdır - Elşən Verdiyev

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığı COP29-a hazırdır.

Olaylar xəbər verir ki, bunu DSX-nin Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev deyib.

O qeyd edib ki, COP29 tədbiri üçün ölkəyə gələn xarici vətəndaşların hava limanında sürətli keçidini təmin edilməsi üçün tədbirlər görülüb:

"Sənədlərin operativ yoxlanılması üçün xüsusi texnoloji təchizatlar hazır vəziyyətdədir və bu istiqamətdə zəruri tapşırıqlar verilib".

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
67
6
olaylar.az

2Источники