RU

Bu ölkə “Google”a da qadağa qoydu

İndoneziya “Google”un “Pixel” telefonlarının satışını qadağan edib.

Teleqraf.com xəbər verir ki, qərarda “Google” telefonlarının yerli məzmun tələblərinə cavab vermədiyi bildirilib.

“Google” qadağan qərarını müzakirə etmək üçün sənaye naziri Agus Gumiwang Kartasasmita ilə görüş istəyib.

Qeyd edək ki, İndoneziya, investisiya öhdəliklərini yerinə yetirmədiyinə görə “Apple” şirkətinin bəzi məhsullarınıda qadağan edib. Buna “iPhone 16” və “Watch Series 10” kimi məhsullar daxildir.


Müəllif: Teleqraf.com
Избранный
64
3
teleqraf.com

4Источники