RU

A.Uraloğlu İnkişaf Yolu Layihəsinin 6 ilə tamamlanacağını söylədi

 

  Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İnkişaf Yolu Layihəsinin 2025-ci ildən başlanacağını və 5,6 il ərzində tamamlanacağını açıqlayıb. A.Uraloğlu bu bəyanatı İraqın paytaxtı Bağdadda keçirilən II Dördtərəfli Nazirlər Şurasının iclasından sonra verib.

  Türkiyə, İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərin iştirak etdiyi layihənin dəmir yolu və avtomobil yolu baxımından əhəmiyyətini vurğulayan nazir layihənin 2100 kilometrlik hissəsinin Türkiyə ərazisindən keçəcəyini qeyd edərək enerji və kommunikasiya xətələrinin necə əlavə ediləcəyini də  müzakirə etdiklərini bildirib.

  



Избранный
48
trt.net.tr

1Источники