RU

8 saat ərzində bir ilin yağışı yağıb! Həlak olanların sayı açıqlandı

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, İspaniyada leysan yağışlar nəticəsində yaranan daşqınların və sellərin qurbanlarının sayı 158 nəfərə çatıb. Bir çox şəxslərin itkin düşməsi səbəbindən, hakimiyyət orqanları bu rəqəmin arta biləcəyini bildiriblər. Həlak olanların əksəriyyəti - 155 nəfəri Valensiya sakinləridirlər.

Müdafiə Nazirliyi 1064 nəfər hərbçinin xilasetmə işlərinə cəlb edildiyini bildirib.

Valensiyanın 150-dən artıq yolu, Madridlə Valensiya arasındakı dəmir yolu xətti bağlanıb. 100 min nəfərə yaxın sakin elektrik enerjisindən məhrum olub.

İspaniya Dövlər Meteorogiya İnstitutu (AEMET) baş verən hadisəni "əsrin ən ağır dövrü" kimi qiymətləndirib, 8 saat ərzində illik normaya bərabər yağıntının düşdüyünü bildirib.

Hürr Tərcüman

Избранный
55
hurriyyet.az

1Источники