RU

Almaniya Yunanıstana təzminat verəcəkmi?

İkinci Dünya müharibəsində Almaniya tərəfindən işğal edilən Yunanıstan, bu gün müttəfiqi kimi gördüyü Berlin administrasiyasından müharibə zamanı vurduğu zərərin əvəzini ödəməsini istəyir.

"Cebheinfo.az" xəbər verir ki, təxminən 400 min Yunanıstan vətəndaşının həyatını itirdiyi İkinci Dünya müharibəsindən sonra Yunanıstan-Almaniya əlaqələri Avropa İttifaqı (Aİ) daxilində formalaşarkən, ödənməmiş müharibə təzminatı kimi problemlər münasibətlərdə varlığını davam etdirir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu həftənin əvvəlində Yunanıstana səfəri zamanı Salonikdə hələ tikilməkdə olan Holokost Memorial Muzeyinə səfəri, Afinada isə Yunanıstan Prezidenti Katerina Sakelaropulu Ştaynmayerə ödənilməmiş müharibə təzminatını xatırlatması gündəmə oturub.

Saloniki Universitetinin tarix professoru Stratos Dordanas İkinci Dünya müharibəsindən sonra Almaniya ilə Yunanıstan arasındakı əlaqələri və Yunanıstanın Almaniyadan müharibə təzminatı gözləməsini qiymətləndirib.

1940-cı il oktyabrın 28-də Yunanıstanın Baş naziri Yannis Metaksas İtaliya qüvvələrinin “Alban sərhədini bizim üzümüzə açın” tələbinə “Xeyr” cavabını verdi və bu, İkinci Dünya müharibəsində Yunanıstanın işğalçı qüvvələrin hücumuna məruz qalmasına səbəb oldu.

28 oktyabr 1940-cı il tarixinin müasir Yunan tarixi üçün əhəmiyyətli bir gün olduğunu bildirən Dordanas, bu gündən sonra Yunanıstanın İtaliya, Almaniya və Bolqarıstandan hücumlarla üzləşdiyini qeyd edib.

Bu hücumların Yunanıstan kimi kiçik bir ölkə üçün kifayət qədər sarsıdıcı olduğunu bildirən Dordanas, Yunanıstanın məhdud imkanlarla mübarizə apardığını bildirib.

Избранный
62
cebheinfo.az

1Источники