RU

Şəhidimiz 31 il sonra dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Mustafayev Möhübbət Qənimət oğlu Tərtər rayonunda dəfn olunub.

"Unikal" xəbər verir ki, şəhidlə vida mərasimi Tərtər şəhərindəki Şəhidlər abidə kompleksində keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Tərtər və Kəlbəcər Rayon İcra Hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra şəhidin nəşi Seydimli kənd məzarlığında yaylım atəşi altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin atasına verilib.

Qeyd edək ki, Mustafayev Möhübbət Qənimət oğlu 1974-cü ildə Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. Birinci Qarabağ müharibəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il martın 27-də Kəlbəcər rayon Bağırsaq kəndində itkin düşmüş hesab olunurdu. Onun nəşinin qalıqları Bağırsaq kəndi ərazisində aşkar edilib.

Избранный
71
50
unikal.az

10Источники