RU

Xaçmazda həmkəndlisini döyərək öldürən şəxs 9 il həbsdə olub: Arvadını da qətlə yetiribmiş... – TƏFƏRRÜAT

Xaçmazın Köhnə Xaçmaz kənd sakini, 57 yaşlı Akif Mövsüm oğlu Qəribova küt alətlə baş nahiyəsinə xəsarət yetirərək öldürən şəxs əvvəllər məhkumluq həyatı yaşayıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Köhnə Xaçmaz kənd sakini olan 50 yaşlı Eynulla Musayev 2013-cü ildə həyat yoldaşının başını kəsərək öldürüb və 9 il həbsdə olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda dəhşətli CİNAYƏT – 57 yaşlı kişi QƏTLƏ YETİRİLDİ - ÖZƏL/FOTO


Keçən il azadlığa çıxan Eynulla Musayevin həmkəndlisini qısqanclıq zəminində qətlə yetirdiyi deyilir.

Öldürülən 57 yaşlı Akif Qəribovun isə tək yaşadığı, ailəsindən ayrıldığı bildirilir. O, aldığı xəsarətlərdən 19 gün sonra müalicə olunduğu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında keçinib.

Qətlin tam başvermə səbəbini Xaçmaz Rayon Prokurorluğu araşdırır. Fakta görə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
50
bizim.media

1Источники