RU

AccessBank EBRD-nin dəstəyi ilə üçüncü dəfə Access2Success layihəsinə start verir

AccessBank, Azərbaycanda qadın sahibkarlığına dəstəkləmək məqsədilə üçüncü dəfə Access2Success layihəsinə start verdiyini elan edir. Layihə, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə həyata keçiriləcək. Bu unikal layihə, iştirakçılara bizneslərini uğurla inkişaf etdirmək üçün lazım olan resursları, bilikləri və dəstəyi təqdim edir.

Access2Success layihəsinin məqsədi - biznes ideyalarını həyata keçirmək və bazardakı mövqelərini gücləndirmək istəyən qadınlar üçün əlverişli mühitin yaradılmasıdır. Layihə çərçivəsində iştirakçılar, təhsil proqramlarına, ekspertlərlə məsləhətləşmələrə və şəbəkələşmə imkanlarına çıxış əldə edəcəklər. Layihə, maliyyə idarəçiliyi, marketinq, strateji planlaşdırma və digər mövzuları əhatə  edən təlimlər və mentorluq proqramlarını əhatə edir.

Access2Success layihəsinə iştirak üçün müraciətlər bu gündən qəbul olunur və iqtisadiyyatın istənilən sektorundan qadın sahibkarları bu təşəbbüsə qoşulmağa dəvət edilir.

Layihə və iştirak şərtləri ilə bağlı əlavə məlumat üçün linkə keçid edin: Access2Success

İlk Access2Success layihəsinə 2022-ci ildə start verilib və iştirak üçün 250-ə yaxın namizəd müraciət etmişdi. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatıldı. Növbəti, Access2Success-2 layihəsi isə 2023-cü ildə həyata keçirilib. Bu layihədə 250-dən çox müraciətlər içində seçilən, 50 qadın qatılmışdı. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə, eko məhsullar, dekor, geyim və aksessuar kimi sahələri təmsil edirdilər. 5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət mövzularında təlimlər keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
64
5
banco.az

10Источники