RU

Hava limanının polis rəisi rüşvətə görə SAXLANILDI

Soçidə hava limanının polis rəisi saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Cənub Federal Dairəsi üzrə Nəqliyyat Departamentinin mətbuat xidməti məlumata yayıb.

Bildirilir ki, Soçi hava limanının polis rəisi və bir polis zabiti iPhone16-nın Dubaydan bəyannaməsiz daşınmasına icazə üçün rüşvət almaqda şübhəli bilinirlər.

Onun barəsində “Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq rüşvət alma” maddəsi ilə cinayət işi başlanıb. Onları 12 ilə qədər həbs gözləyir.

Bu sxem barədə polisə rüşvətxorların müştərilərindən biri, Soçidən olan iş adamı məlumat verib. O, gömrükdən yan keçməklə BƏƏ-dən Rusiyaya 30 iPhone gətirmək niyyətində olub.

Polis rəisi Doronin və patrul xidmətinin komandiri Avetik ona 150 min rubl müqabilində bəyannaməsiz telefonların çatdırılmasında kömək etməyə razılaşıblar.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
39
interpress.az

1Источники