RU

"Turistlər üçün fərqli qiymət müəyyən oluna bilər" — Xəzərdə gəmi turları təşkil olunur

Xəbər verdiyimiz kimi, Xəzər dənizində "Mirvari"gəmisi ilə gəmi turlarına yenidən başlanılıb. İki illik fasilədən sonra Dənizkənarı Bulvar İdarəsi bu gün gəmidə mediatur təşkil edib. Bildirib ki, qiymətlər əvvəlki kimi qalıb və mərtəbəyə görə qiymətlərdə dəyişiklik olacaq. 

Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında deyib ki, Xəzər dənizinin turistik məqsədlər üçün geniş imkanları var:

“Təəssüf ki, bu imkanlardan maksimum dərəcədə istifadə etmirik. Çalışmaq lazımdır ki, dənizdə gəmilərdən, skuterlərdən geniş istifadə olunsun. Bakıya gələn turistlər bulvarı da gəzirlər, gəmi turlarının sayı, imkanları artırılsa, turistlər daha çox bundan yararlanacaqlar, maraqlarına səbəb olacaq. 

Qiymətlər elə də baha deyil, turistlər üçün fərqli qiymət müəyyən oluna bilər. Bu, bütün dünyada belədir. Sevindirici haldır, düşünürəm ki, COP29 zamanı ölkəmizə gələn turistlər gəmi turlarından geniş istifadə edəcəklər. Xəzərdə gəmilər şəhərimizə rəng qatacaq”.

Törə Zeynallı
Demokrat.az
Избранный
62
1
demokrat.az

2Источники