RU

“Rəqibin bizə xoş olmayan oyun üslubu var” – Qurban Qurbanov

“Turan Tovuz” Misli premyer-liqasının 12-ci turunda evdə “Qarabağ”la heç-heçə etdi.

“Football-plus.az” xəbər verir ki, “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Əvvəlcə hər iki komandanın futbolçularına təşəkkür edirəm. Dinamik oyun oynadılar. Belə oyunların sayı nə qədər çox olarsa, futbolçuların ustalıq səviyyəsi artar. Möhtəşəm ab-hava var idi. Azarkeşlər, ümimiyyətlə, oyuna azarkeşlik edirdilər. Hər birinə təşəkkür edirəm. Bizim üçün vacib oyun idi. 3 xal ilə geri dönmək istəyərdik. Nəticədən və futbolçularımın sona qədər mübarizə aparmasından razı qaldım.

- Demək olarmı ki, bu qarşılaşma "Bode/Qlimt"lə matçdan öncə yaxşı bir sınaq oldu?
- Hardasa düşünmək olar. Meydança amili də, təbii ki, önəmlidi. Bizim üçün çox yaxşı oldu. Futbolçuların hazırlıq səviyyəsi də düzəlir. Çox vacib bir oyun oldu. İnşallah, faydasını görərik.

- Benzyanın oynamamasının səbəbi nə idi?
- Əzələsində ağrılar hiss etdi. İki gün əvvəl baş verdi. Həkimlərin dediyinə görə, 2-3 günə düzəlməlidi.

- Leandro Andrade ilk hissədə zədələndiyinə görə meydandan çıxarıldı. Onun durumu nə yerdədi?

- Belində ağrı hiss etdi. Ona görə də meydandan çıxdı. Sərt mübarizə oldu. Məncə, elə böyük problem olmaz.

- Azərbaycan premyer-liqasında hər oyun bu cür keçərsə, sizə faydalı olar?

- Tək özümüzü düşünmürük. Hər komanda üçün faydalı olar. Əfsuslar olsun ki, bəzi oyunlarda temp çox aşağı olur. Bəzi nüansları qeyd etmək mümkündü. Bu gün belə mübarizə gözlənilirdi. Temp, demək olar ki, aşağı düşmədi. Bütün oyunlar bu saatda olsa, belə temp olar. Rəqibin bizə xoş olmayan oyun üslubu var. Çox tez hücuma keçirlər. Bunun üzərində çox işləməklə inkişaf etdirirlər. Bir-birini gözüyumulu başa düşürlər. Standart vəziyyətlərdə çox təhlükəlidilər. Amma futbolçularım bacardılar. Qapıçımız da çox diqqətli idi. Məğlub olsaydıq da, oyuna yanaşmadan razı qalacaqdım.

- Kurban Berdiyev kimi məşqçinin burda olmasının, sizlə rəqabətinin futbolumuza təsiri necədi?

- Rəqabət aparmağım düzgün çıxmaz. O, təcrübə baxımından məndən qabaqdadı. Belə insanların Azərbaycanda olması, əlbəttə, faydalıdı. Onun burda olmasına ancaq pozitiv baxıram.

ƏSƏD SEYİDOV
Избранный
61
10
football-plus.az

10Источники