RU

Tacikistan höküməti falçı ovuna çıxdı

Tacikistanda 1,5 min cadugər və falçı, eləcə də rəsmi təhsili olmayan 5 mindən çox molla saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Məlumata görə, genişmiqyaslı basqın ritual və okkultizm ənənələrinin yayılmasına qarşı yönəldilib. Basqına səbəb Tacikistan prezidenti Emoməli Rəhmonun ölkədə xurafatların getdikcə genişlənməsindən narahatlığı olub.

Respublikada, o cümlədən paytaxtda falçı və cadugərlərin xidmətləri son dərəcə populyardır. Hakimiyyət təkcə onlarla deyil, uyğun dini təhsili olmayan mollalarla da mübarizə aparır.

İnzibati məcəlləni pozan və oxşar fəaliyyətlə məşğul olanları 270 dollardan 340 dollara ( 459 manat - 578 manat) qədər cərimə gözləyir - bu məbləğ ölkədəki orta əmək haqqını xeyli üstələyir. Cinayətkar yenidən cinayət törətsə, cərimə 680 dollara (1156 manat) qədər artacaq.

Bundan əlavə, cadugərliklə məşğul olanlar üçün altı ayadək məcburi əmək növündə cəzanın tətbiqi nəzərdə tutulur.


Müəllif: Arzu
Избранный
48
1
teleqraf.com

3Источники