RU

Bir ayaqda tarazlıq sinir-əzələ yaşlanmasından xəbər verir - TƏDQİQAT

Yaşlandıqca insanların yeriş və balansında dəyişikliklər baş verir, bu da yıxılma riskini artırır. Yeni bir araşdırma isə bir ayaqda tarazlıq saxlama qabiliyyətinin sinir-əzələ yaşlanmasının etibarlı göstəricisi ola biləcəyini ortaya qoyur.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Mayo Klinikasının alimləri tərəfindən aparılan tədqiqat “PLOS One” jurnalında dərc olunub.

Alimlər yaşlandıqca sinir-əzələ sisteminin zəiflədiyini və bu dəyişikliklərin yıxılma riskini artırdığını qeyd edirlər. Araşdırmada 50 yaşdan yuxarı 40 sağlam şəxs iştirak edib. Nəticələr göstərir ki, yaş artdıqca iki ayaqda və xüsusilə bir ayaqda tarazlıq saxlamaq daha çətinləşir. Əzələ gücü kişilərdə qadınlardan yüksək olsa da, hər iki cinsdə hər on ildə 3,7 faiz azalır.

Həkim Villiam Buxton araşdırmanın nəticələrini şərh edərək vurğulayıb ki, bir ayaqda balans saxlamaq yüksək sinir-əzələ nəzarəti tələb edir və yaş artdıqca zəifləyən sinir-əzələ sisteminin ilk göstəricilərindən biridir. Bədənin digər tərəfləri bir ayağın zəifliyini kompensasiya etsə də, bir ayaqda dayanma vəziyyətində bu zəiflik daha çox hiss olunur.

Yaşlandıqca tarazlığı qorumaq üçün idman vacibdir. Yoqa və pilates kimi məşqlər tarazlığı və əzələ gücünü artırmağa kömək edə bilər. Bu məşqlər balansı yaxşılaşdırmaqla yanaşı, sümük qırılmaları və yıxılmalarının qarşısını almaqda da rol oynayır.

Избранный
20
1
yeniazerbaycan.com

2Источники