RU

Trampın seçilməsi Rusiyaya mənfi təsir edə bilər – İDDİA

 

Donald Trampın seçilməsi Rusiya üçün daha mənfidir. Tramp enerji sektoru üçündür və ABŞ neft hasilatında artıq Rusiyanı və səudiyyəliləri geridə qoyub. Qısacası, neft məsələsi rubl və Rusiya üçün mənfidir.

Yenicag.az xəbər verir ki, bu barədə rus “Telegram” kanalları məlumat yayıb.

Bildirilir ki, Tramp Çinlə sərt mübarizə aparacaq, lakin Pekin Rusiyanın mühüm tərəfdaşıdır:

“Çində yavaşlama bizim oradakı ixracımızın azalmasına, rubl və iqtisadiyyat üçün isə mənfiyə bərabərdir. Trampın nəzəri üstünlüyü odur ki, o, Rusiya ilə münasibətləri istiləşdirməklə yanaşı, Çini zəiflətməyə qərar verə bilər, amma biz buna şübhə edirik. Yox, əgər Harris seçilərsə, bu, Amerikada daxili rəqabəti daha da artıra bilər. Harris bizim üçün daha məqbuldur, hər nə qədər Rusiyada hamı Tramp desə belə”.

Rafi Müslümov

Избранный
16
1
yenicag.az

2Источники