RU

Kredit verən banklar nədən qorxur? - “Gəlirlərin bir çoxu leqal deyil”

Əksər banklarda təklif olunan biznes kreditlərinin faizləri yüksək, şərtləri isə ağırdır. Sahibkarların bir çoxu biznes kreditlərinin əlçatan olmamasından şikayətlənir. Amma bankların kredit şərtləri fərqlidir, əsasən kiçik, yaxud orta sahibkarlıq subyektləri üçün nəzərdə tutulub.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, sahibkarlıq subyektləri kredit müraciəti zamanı banklara düzgün uçot göstəriciləri təqdim etmirlər:

“Ümumiyyətlə, Azərbaycanda maliyyə əlçatanlığı, kreditlərə çıxış imkanları elə də əlçatan deyil. Sorğular da onu göstərir ki, sahibkarlar üçün ən vacib müşkül məhz budur.

Faktiki olaraq, obyektiv və qeyri-obyektiv səbəblər var. Obyektiv səbəblər ondan ibarətdir ki, bank sektoru mövcud bazarda işləməkdə çətinliklərlə üzləşir. Çünki gəlirlər və biznes növlərinin bir çoxu leqal deyil. Bəzi sahələrdə isə ümumiyyətlə uçot aparılmır. Belə bir vəziyyətdə sahibkarın maliyyə vəziyyətini müəyyən etmək çox çətin olur. Digər tərəfdən, regionlarda girov-təminat realizə edilə bilmir”.

Ekspert qeyd edib ki, bu istiqamətdə dövlət bir sıra yumşaldıcı addımlara təşviq etməlidir:

“Xüsusilə, 2015-ci ildən sonra yaranmış vəziyyətlə əlaqədar banklar daha ehtiyatlı davranmağa çalışdı. Əvvəlki dövrlərdə hətta “qara mühasibatlıq” əsasında banklar kreditlər verirdi. Lakin sonralar bu variantda problemlər ortaya çıxdı və banklar belə üsullardan əl çəkdi. Əlbəttə, müəyyən mexanizmlərin təkmilləşdirilməsi mümkündür. Düşünmürəm ki, əsas problem bankların hansısa sadələşdirməyə getməsidir. Çünki banklar özəl təşkilatlardır və öz pullarını daha etibarlı müştərilərə vermək istəyir. Yaxşı olar ki, dövlət də təminat mexanizmlərini təkmilləşdirsin. Bu istiqamətdə bir çox addımlar atmaq olar. Müxtəlif üsullarla dövlət bu istiqamətdə yumşalmaları təşviq edə bilər”.

Nazim Hacıyev

Избранный
59
3
turkustan.az

4Источники