Polis bölməsinə bir nəfərin dələduzluq edərək vətəndaşın 4045 manatının alınması barədə məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş S.Ağayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.