RU

Azərbaycanda bu avtomobillər ucuzlaşa bilər - AÇIQLAMA

Bakı. Trend:

Azərbaycanda avtomobil istehsalında kəskin artım qeyd alınıb.Belə ki, rəsmi məlumata görə, ölkədə maşın və avadanlıqların, sairnəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşqularınistehsalı sahələrində 2024-сü ilin yanvar-sentyabr aylarında 562,3milyon manatlıq məhsul istehsal edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu vəyarımqoşquların istehsalı 53,4 faiz artıb. Cari ilinyanvar-sentyabr aylarında ölkədə 3623 ədəd minik avtomobiliistehsal olunub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, minikavtomobil istehsalı 71,7 faiz (və ya 1513 ədəd) artıb. Xatırladaqki, 2023-cü ildə ölkədə 2110 ədəd minik avtomobili istehsalolunub.

Ölkədə avtomobil istehsalında kəskin artımın qeydəalınması daxili bazarda qiymətlərə necə təsirgöstərəcək?

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasınınicraçı direktoru Eyyub Əliyev Trend-ə açıqlamasında deyib ki, yerli istehsalaktual və vacib məsələdir.

O bildirib ki, yerli avtomobillər digərlərinə nisbətən qiymətbaxımından istehlakçılara daha ucuz başa gəlir:

“Artıq, demək olar ki, taksi parkımız yenilənməkdədir. Buna yaşı10 ildən yuxarı olan avtomobillərin ölkəyə idxalının qadağanedilməsi, utilizasiya prosesinə start verilməsi təsir göstərib.İndiki məqamda yerli istehsalın həcminin artması çox vacibdir”.

Mütəxəssisin sözlərinə görə, istehsalda kəskin artım daxilibazarda müəyyən qisim avtomobilərin qiymətlərinə təsir göstərəbilər:

“Lakin ciddi qiymət fərqini müşahidə etməyəcəyik. Çünki yalnızdaxili istehsal hesabına tələbi qarşılamaq qeyri-mümkündür.Azərbaycana Koreya, Yaponiya və xüsusən də Çindən avtomobilləridxal olunur. Yerli avtomobil istehsalında artım ikinci əlavtomobil bazarında yaşı 10 ilə qədər olan minik nəqliyyatvasitələrinə müəyyən mənada təsir göstərə bilər. Bunun digəravtomobillərə o dərəcədə də ciddi təsiri olmayacaq”.

Qeyd edək ki, Azərbayanda ötən ilə nisbətən yük avtomobiliistehsalında da artım qeydə alınıb. Belə ki, bu ilinyanvar-sentyabr ayları ərzində ölkədə 394 ədəd yük avtomobiliistehsal olunub. 2023-cü ilin müvafiq dövründə isə bu göstərici 285ədədə bərabər olub.

Beləliklə, ölkədə yük avtomobili istehsalı ötən ilin müvafiqdövrü ilə müqayisədə 38,2 faiz (və ya 109 ədəd) artıb. Cari ilinyanvar-sentyabr ayları ərzində isə traktorların istehsalı əvvəlkiilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz azalıb.

Избранный
59
8
az.trend.az

10Источники