RU

"Ötən mövsüm ilk pillələrdəki komandalarla digərləri arasında xal fərqi bu qədər çox deyildi"

"Zirə" Misli premyer-liqasının 12-ci turunda "Şamaxı"nın meydanından qalib ayrıldı - 2:0.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Oyunun gərgin keçəcəyini bilirdik. Dünən baş tutan oyunları nəzərə alsaq, yuxarı pillələrdəki komandalar vacib xallar qazandı. Belədə oyunun önəmi birəbeş artdı. Ayxan müəllimim komandalarına qarşı oynamaq həmişə çətindi. Futbolçular verilən bütün tapşırıqları yerinə yetirdi. Olduqca vacib üç xal qazandıq. Birinci hissədə işimiz daha rahat idi. İkinci yarıda "Şamaxı" ciddi təzyiq yaratdı. Qapımıza vurulan, amma sayılmayan qoldan sonra rəqib daha çox irəli atılmağa çalışdı. Hər halda, qələbə qazandıq. Komandamı təbrik edirəm.

- Qismətin durumu necədi? Onun yoxluğu nə dərəcədə hiss olunur?
- Qismət demək olar ki, tam bərpa olub. Sadəcə, fiziki formasına qayıtmalıdı. O bizim üçün çox vacib fiqurdu. Bir oyun buraxması belə ciddi itkidi.

- Növbəti rəqibləriniz "Araz-Naxçıvan", "Qarabağ" və "Neftçi"di. Bu komandalara qarşı xüsusi hazırlıq planınız varmı?
- Bütün rəqiblərə qarşı çox ciddi hazırlaşırıq. Ötən mövsüm ilk pillələrdəki komandalarla digərləri arasında xal fərqi bu qədər çox deyildi. Düşünürəm ki, qarşıdakı oyunlara daha yaxşı hazırlaşmalıyıq.

- Aydın Bayramovun oynaması limitlə bağlıdı, yoxsa son oyunlarda özünü yaxşı tərəfdən göstərdiyi üçün şans verirsiz?
- Aydın bütün şanslarını yaxşı dəyərləndirir. Bu gün də çox yaxşı oynadı. Sadəcə, əvvəldən limitlə bağlı seçim etmişdik.

KƏNAN BAHADIR

Избранный
63
football-plus.az

1Источники