RU

Montellanın Türkiyə millisindəki gələcəyi müəyyənləşdi

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montellanın yığmadakı gələcəyi bəlli olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının meneceri Ceyhun Kazancı açıqlama verib.

O, italiyalı mütəxəssislə yola davam edəcəklərini bildirib: "Montella ilə 2026-cı il dünya çempionatının sonuna qədər müqaviləmiz var. O, burada çox xoşbəxt və istəklidir. Uğurlu məşqçilərin adının bəzi böyük klublarla yanaşı hallanması normal haldır”.

Qeyd edək ki, V.Montella 2023-cü ilin sentyabr ayından Türkiyə millisinə rəhbərlik edir.

Избранный
48
2
unikal.az

10Источники