RU

Dağıdıcı fırtınalar olacaq - Proqnoz

İspaniyada güclü fırtına nəticəsində baş vermiş selin ciddi təsirləri müşahidə olunur.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Valensiya vilayəti xüsusilə ağır ziyan çəkib. Daşqınların fəsadlarının aradan qaldırılması davam etdirilir. Valensiyaya əlavə beş min hərbçi göndərilib, onlardan bir hissəsi artıq muxtar icmaya çatıb, digər hissəsi isə noyabrın 3-də orada olacaq. Madrid ilə Valensiya arasındakı nəqliyyat əlaqələrinin bərpası iki həftə ərzində planlaşdırılır.

Nəqliyyat naziri Oskar Puente qeyd edib ki, ölkə tarixində bu fəlakətin miqyası misilsizdir.

Dünya İqlim Dəyişikliyi Təşkilatı (WWA) bu cür ekstremal hadisələrin meydana gəlməsini qlobal istiləşmə ilə bağlayaraq, belə fəlakətlərin daha tez-tez baş verəcəyini proqnozlaşdırır.

“World Weather Attribution” (WWA) təşkilatı hesab edir ki, daşqınların səbəbi qlobal istiləşmədir. Bölgədə həddindən artıq və dağıdıcı fırtınalar getdikcə daha çox olacaq.
Избранный
67
1
bakupost.az

2Источники