RU

Çempionlar Liqasının bu oyunu azərbaycanlılara tapşırıldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.

Noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

3 turdan sonra “Monako” 7 xalla 4-cü, “Bolonya” 1 xalla 29-cu yeri tutur.

Избранный
53
49
sportinfo.az

10Источники