RU

Xaçanov: Üç yerdə kəskin ağrı hiss edirəm, turniri belə başa vurmaq üzücüdür

Rusiyalı tennisçi Karen Xaçanov Parisdə “Masters”in yarımfinalında fransalı Hüqo Humbertlə görüşdə məğlubiyyətindən danışıb.

“Son 21 gündə bir gün də istirahət etməmişəm. Bir dənə də deyil. Sağlamlıq probleminin tam olaraq nə olduğunu hələ bilmirəm. Üç yerdə kəskin ağrı hiss edirəm. Sabah zədənin şiddətini qiymətləndirmək üçün həkimə gedəcəyəm”, – L’Équipe Xaçanovdan sitat gətirir.

Yarımfinalda rusiyalı fransalıya 7:6 (8:6), 4:6, 3:6 hesabı ilə uduzub. Oyun 2 saat 48 dəqiqə davam edib.

Qeyd edək ki, rusiyalı matç zamanı omba nahiyəsində problem yarandığı üçün tibbi fasilə verib.

Finalda Humbert danimarkalı Holger Rünə qalib gələn alman Aleksandr Zverevlə qarşılaşacaq.

DOĞRU.AZ

Избранный
28
dogru.az

1Источники