Bakı şəhəri, Nərimanov rayonunda açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Redaktor.az FHN-nin hadisə yerindən yaydığı görüntüləri təqdim edir:
13:32
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərmanov rayonu ərazisində təkər və məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.