UEFA Estoniya Futbol Federasiyasını cərimələyib.
Yenicag.az xəbər verir ki, buna səbəb Estoniya azarkeşlərinin UEFA Millətlər Liqasının 4-cü turunun Azərbaycan millisi ilə Tallində keçirilən oyundakı hərəkətləri olub.
Belə ki, Estoniyanın 3:1 hesabı ilə qalib gəldiyi matç zamanı yerli azarkeşlər meydana plastik butulkalar atıb. Buna görə federasiya 4875 avro cərimələnib./Qafqazinfo/