RU

Ölüm riskini azaltmaq üçün gündə neçə addım ataq?

Ürək-damar xəstəliklərindən ölüm riskini azaltmaq və ömrü uzatmaq üçün gündəlik atılan addım sayı çox əhəmiyyətlidir. 

“Cebheinfo.az” xəbər verir ki, rusiyalı həkim və teleaparıcı Yelena Malışeva və onun həmkarları - kardioloq German Qandelman, immunoloq Andrey Prodeus və oftalmoloq Mixail Konovalov “Birinci Kanal”da “Sağlam yaşa!” verilişinin efirində bu barədə danışıblar. 

Telehəkimlərin fikrincə, ömrünüzü uzatmaq üçün gündə ən azı 3867 addım atmalısınız. Daha da az, yəni 2337 addım ürək-damar xəstəliklərindən ölüm riskini azaltmağa başlamaq üçün kifayət edəcək.

Hər gün altı min addım atan insan şəkər xəstəliyinə tutulma riskini azaldır. Gündə 10 min addım atanların demans inkişaf riski daha azdır.

Избранный
45
cebheinfo.az

1Источники