RU

Astarada qanunsuz ov edənlər barədə tədbir görülüb

Astarada qanunsuz ov edən şəxslər barədə tədbir görülüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rüdəkənar kəndindəki müxtəlif ərazilərdə 4 nəfər rayon sakini R.Vəliyev, M.Əliyev, H.Rzayev və Q.Vəliyevin qanunsuz ov etdikləri aşkarlanıb.

Onlardan müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış çox sayda sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində protokollar tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.

Избранный
60
30
nocomment.az

10Источники