RU

Bir neçə ştatda ABŞ Milli Qvardiyası hazırlıq vəziyyətinə gətirilib

Bakı. Trend:

Noyabrın 5-də keçiriləcək prezident seçkiləri zamanı iğtişaşlarriski ilə əlaqədar ABŞ-nin bir sıra ştatlarında Milli Qvardiyayüksək hazırlıq vəziyyətinə gətirilib.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya şirkətixəbər verib.

Məlumata əsasən, Vaşinqton və Oreqon ştatlarında seçki qutularıyandırılıb, nəticədə yüzlərlə bülleten zədələnib. Bu ştatlarınqubernatorları bildiriblər ki, Milli Qvardiya seçicilərintəhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarına dəstəkverəcək.

Vaşinqton qubernatoru Cey İnsli deyib ki, seçki təhlükəsizliyitəhdidləri yüksək olaraq qalır və hakimiyyət mümkün iğtişaşlarahazırdır. Qubernator Tina Kotekin təhlükəsiz səsverməninvacibliyini vurğuladığı və dinc etirazlara çağırdığı Oreqonda daoxşar tədbirlər görülüb.

Избранный
62
az.trend.az

1Источники