RU

Pakistanda məktəblər bir həftəlik bağlanıb

Pakistanda hava çirkliliyinin rekord həddə çatdığı Lahorda bütün ibtidai məktəblərdə təhsil bir həftə müddətinə dayandırılıb.

"Cebheinfo.az" “Dawn” qəzetinə istinadən xəbər verir ki, hakimiyyət Pakistanın Pəncab əyalətinin Lahor şəhərində davam edən havanın çirklənməsinə qarşı müxtəlif tədbirlər görüb.

Dövlət rəsmiləri havanın keyfiyyətinin azalması ilə əlaqədar şəhərdəki bütün ibtidai məktəblərdə təhsilin bir həftə müddətinə dayandırılacağını açıqlayıb.

Pəncabın Baş naziri Marriyum Aurangzeb mətbuat konfransında yüksək səviyyəli hava çirkliliyinin uşaqlar üçün təhlükəli olduğunu bildirib və məktəblərdə maskaların taxılmasının məcburi hala gətirilməli olduğunu vurğulayıb.

Oktyabrın 30-da Pəncab hökuməti Lahorda intensiv hava çirkliliyi olan ərazilərdə havanın keyfiyyətini aşağı salan fəaliyyətlərə məhdudiyyətlər qoyub.

Hava Keyfiyyəti İndeksinin (AQI) məlumatlarına görə, şəhərdə havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "məqbul" hesab etdiyi səviyyəni 40 dəfə keçib və Lahor "Dünyada havanın çirklənməsinin ən yüksək səviyyəsinə malik şəhər" olub. 

Избранный
25
5
cebheinfo.az

7Источники