RU

“Rabitəbank” məhkəməyə verildi

Müştərisinə maddi və mənəvi ziyan vuran “Rabitəbank” məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, bankla bağlı iddianı Sandurskiy Maksim Vladimiroviç adlı şəxs qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı “Rabitəbank”ın ona vurduğu maddi və mənəvi zərəri ödəməsini tələb edir.

İşə Nəsimi rayon məhkəməsində baxılır. 3 dekabr tarixində hakim Ramin Xəlilovun sədrliyi ilə içə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Rabitəbank” 1993-cü ildən fəaliyyət göstərir. Bankın Müşahidə Şürasının sədri Zakir Nuriyevdir.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən

Избранный
22
tribunainfo.az

1Источники