RU

İki nəfərin 42 min pulunu mənimsədi: həbs olundu

Polis əməkdaşları Lənkəranda iki nəfərin 42 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakini olan iki nəfərə qarşı dələduzluq edən 31 yaşlı Emin Babazadə saxlanılıb.

O, zərərçəkənlərə qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu bildirib. Həmin şəxslərə yüksək məbləğlər verəcəyi barədə yalan vədlər verməklə zərərçəkənlərin ümumilikdə 42 min manatını ələ keçirib.

Избранный
27
32
publika.az

10Источники