RU

Suraxanı rayonu, Əmircan qəsəbəsi sakinləri yolun şəraitsizliyindən ŞİKAYƏTÇİDİRLƏR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsinin sakinləri yolun şəraitsizliyindən narazıdırlar.
Bu barədə sakinlər Oxu.az-a ünvanladıqları şikayətdə qeyd ediblər.
Sözügedən ərazidən görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində asfaltlanmasına ehtiyacı olan bütün küçələrin təmir olunması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ötən ay rəsmi məktub ünvanlanıb.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, qəsəbədaxili küçə və yolların təmiri agentlik tərəfindən yalnız investisiya proqramları çərçivəsində öz həllini tapır:
"Çünki bu cür ərazilər agentliyin balansında deyil və yerli icra strukturları tərəfindən həmin küçələrin asfaltlanması ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bu təkliflər əsasında dövlət investisiya proqramına daxil edilir. Daxil edildikdən sonra həmin investisiya proqramı çərçivəsində bu cür küçə və yollarda təmir işlərinin aparılması agentliyə həvalə olunur. Əgər bununla bağlı yerli icra hakimiyyəti tərəfindən müraciət olunubsa, təklif olaraq verilibsə, növbəti investisiya proqramına daxil ediləcəyi təqdirdə tərəfimizdən həmin ərazilərdə təmir işləri aparıla bilər".
Aygün Mirakif
Избранный
13
oxu.az

1Источники