RU

İldırım 14 nəfərin həyatına son qoydu: daha 34 nəfər yaralandı

Noyabrın 2-də Uqandanın şimalındakı qaçqın düşərgəsində ildırım düşməsi nəticəsində əksəriyyəti uşaq olmaqla 14 nəfər həlak olub.

Editor.az bildirir ki, bu barədə X-a Uqanda polisindən məlumat verilib. Qeyd olunur ki, hadisə Lamvo rayonundakı Palabek düşərgəsində baş verib. Yağış zamanı mərasimin keçirildiyi kilsəyə ildırım düşüb.

Daha 34 nəfər xəsarət alıb.

CNN-in qeyd etdiyi kimi, Palabek düşərgəsində əsasən Cənubi Sudandan olan 80 minə yaxın qaçqın var.

//Samir Qurbanov, Editor.az

Избранный
28
editor.az

1Источники