RU

Restoran sahibinin ölkədən çıxışına "stop" qoyulur

Bakının Xətai rayonunda yerləşən "Tuğra" restoranının sahibi Əsgərov Şaiq Şirəli oğlunun ölkədən çıxışına qadağa qoyulur.

 

Pravda.az-ın xəbərinə görə, Ş.Əsgərovla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.

 

Mahiyyəti xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat olan iş hakim Ülkər Həsənovanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 4 Noyabr 2024, 12:02   
Избранный
29
1
pravda.az

1Источники