RU

"Araz-Naxçıvan"la görüşdə zədələnən Emin Mahmudov yaşıl meydanlara nə vaxt qayıdacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun "Araz-Naxçıvan"la oyununun (0:1) sonunda zədələnib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Samir Abasov "Araz-Naxçıvan"la görüşdən sonra keçirilən mətbuat konfransında Emin Mahmudovun növbəti mərhələdə meydana çıxmayacağını bildirib. Ancaq MRT müayinəsinin nəticəsindən sonra futbolçunun zədəsinin ciddi olmadığı bəlli olub. Bəzi prosedurlardan sonra futbolçu komanda ilə məşqlərə başlayacaq.
Emin Mahmudovun Azərbaycan Premyer Liqasının 13-cü turunun "Şamaxı" ilə oyununda əsas heyətdə meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Emin Mahmudov "Araz-Naxçıvan"la görüşdə ciddi zədə aldığından meydanı tərk etməli olmuşdu. Amma Samir Abasov bütün əvəzetmələrdən istifadə etdiyi üçün görüşün geri qalan dəqiqələrini "Neftçi" 10 nəfərlə davam etdirməli olub.
Anar Həsənov
Избранный
46
50
oxu.az

10Источники