RU

Parisin mərkəzində nəqliyyata qadağa

Fransanın paytaxtı Parisin bəzi nəqliyyat vasitələrinin keçməsinin qadağan olduğu mərkəzi bölgələrində Məhdud Trafik Zonasının (ZTL) tətbiqi istifadəyə verilib. 

"Cebheinfo.az" xəbər verir ki, Paris Bələdiyyəsinin ötən ayın sonunda açıqladığı ZTL tənzimləməsi bu gündən etibarən ölkənin paytaxtında qüvvəyə minib. Parisin 1-ci, 2-ci, 3-cü və 4-cü rayonlarını əhatə edən tənzimləmə ilə, zərurət halları istisna olmaqla, avtomobillərin bu bölgələrdən tranzit keçməsi qadağandır. 

Tətbiqlə 5,5 kvadrat kilometr ərazidə avtobus, taksi və qəzalı və əlil avtomobillərdən başqa motorlu nəqliyyat vasitələrinin daşınmasına icazə verilməyəcək. 

Bu bölgələrdə yaşayan və işləyənlər də məhdudiyyətdən azad olunacaqlar. Paris Bələdiyyəsinin məlumatlarına görə, bu bölgələrdə hər gün 350 mindən 550 minə qədər vasitə trafikə girir. Bələdiyyə, yol hərəkətini məhdudlaşdıran tədbirlə Parisin mərkəzində yaşayan təxminən 110 min insanın həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir. Təxminən 6 aylıq sınaq müddətindən sonra nəzarət və cəza sistemi qüvvəyə minəcək. 

Ayın əvvəlindən şəhərdə qüvvəyə minən başqa bir nəqliyyat tətbiqi ilə dairəvi yollarda sürət həddi saatda 70 kilometrdən saatda 50 kilometrə endirildi. Trafikdə görülən tədbirlər Paris meri Ann Hidalqonun ictimai yerlərdə nəqliyyatı və havanın çirklənməsini azaltmaq məqsədlərindən biridir. 

Избранный
23
1
cebheinfo.az

2Источники