RU

Riqada Azərbaycan xalçalarının sərgisi təşkil olunub

Latviyanın “Riqa Art Nouveau” muzeyində “Toxunmuş nar: möhtəşəm Azərbaycan relyef xalçaları” adlı sərginin açılış mərasimi keçirilib.

“Azərxalça” ASC-nin məlumatına görə, tədbir iştirakçılarına“Bağçada meyvələr” kolleksiyası, “Azərxalça”nın fəaliyyəti və nar bayramı haqqında videoçarxlar təqdim olunub. Eyni zamanda, Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə nar mövzusuna dair fotosərgi də təşkil olunub.

Tədbirdə Latviya Parlamentinin üzvləri, dövlət qurumlarının nümayəndələri, diplomatik missiyaların rəhbərləri, yerli mədəni, ictimai dairələrin təmsilçiləri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Sərginin qapıları bir ay ərzində ictimaiyyət üçün açıq olacaq.

Избранный
64
vergiler.az

1Источники