Çinin paytaxtı Pekində Dünya İfaçılıq Sənətləri Assosiyasiyası (WAPA) və Çin Dövlət İfaçılıq Sənəti birliyinin (NCPA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilmişdir. “Qlobal İfaçılıq Sənəti: Davamlı gələcəyə doğru” adı altında keçirilən foruma dünyanın nüfuzlu opera teatrları, incənəsət və musiqi kollektivlərinin rəhbərləri, tanınmış dirijor və sənət xadimləri dəvət olunmuşdur. 1-4 noyabr tarixlərində Çin Dövlət İfaçılıq Sənəti Mərkəzinin Opera Teatrı və Filarmoniyasında baş tutan forumda müxtəlif mövzulara dair dəyirmi masa və müzakirələr keçirilmişdir. Forumda Azərbaycanı Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Respublikanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev təmsil edib. Forumun rəsmi açılış mərasimində Çinin Mədəniyyət və Turizm Nazirliyi, Çin Dövlət İfaçılıq Sənəti Birliyi, UNESCO və Pekin şəhər meriyasının rəhbərliyi tərəfindən iştirakçılara ünvanan təbrikləri oxunub. Çıxışlarda dünyadakı mürəkkəb geosiyasi vəziyyətdə ölkələr arası mədəni körpülərin qurulması, cəmiyyətin sağlam mənəvi inkişafı proseslərinə dəstək, uşaq və gənclərin mədəni layihələrə cəlb olunması və istedadların formalaşmasında nüfuzlu qurumların fəaliyyətinin xüsusi önəmi qeyd olunmuşdur. Forumun işində yaxından iştirak edən məşhur opera teatrları və musiqi kollektivlərinin rəhbərləri - Londonun Kral Opera Teatrı “Kovent Qarden” baş direktoru Alex Beard, Berlin Dövlət Opera Teatrının rəhbəri Rolf Suhl, Oman Kral Opera Teatrının direktoru Umberto Fanni, Nyu Yorkun Carnegie Hall zalının beynəlxalq əlaqələr departamentinin rəhbəri Anna Weber, Sürix Opera Teatrının direktoru Matthias Schulz, Seul İncəsənət Mərkəzinin rəhbəri Chang Joon, Filadelfiya Sinfonik orkestrinin prezidenti Narius Tarnopolski, Fransanın Bordo Milli Opera teatrının direktoru Emmanuel Hondre və London Kral Filarmonik orkestrinin direktor müavini Huw Davisin çıxışları maraqla qarşılanıb. Dirijor Əyyub Quliyevin “Azərbaycan Opera və Balet sənəti - Şərq və Qərbin qovuşduğu məkan” məruzəsi zamanı 1908-ci il Şərqdə ilk opera “Leyli və Məcnun”un yaranması tarixindən indiyənə qədər Azərbaycan musiqi və teatr sənətinin dünyaya verdiyi töhfələr barədə geniş məlumat verilmişdir. Çıxış zamanı Azərbaycan Dövlət Akademik Opera Teatrının təqdimatında “Leyli və Məcnun” operasının (Mənsum İbrahimov və Nəzakət Məmmədovanın ifasında) video çarxı böyük marağa səbəbə olub. Digər müzakirələr zamanı Cənubi Amerika Opera Assosiasiyası (Opera Latino America), Avropa Opera Birliyi (Opera Europe), Yaponiyanın “New Tokio” , Argentina, Braziliya, Yeni Zelandiya, Cənubi Afrika (Cape Town), Şanxay və Guangzhou milli opera teatrlarının rəhbərləri arasında təcrübə və ideya mübadiləsi baş tutmuşdur. Forumun son günü WAPA - Dünya İfaçılıq Sənətləri Assosiyasiyası yekun iclasında ümumi bəyannamə qəbul edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2019-cu ildən həmin birliyin tam hüquqlu üzvüdür.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта