RU

Danimarkada yaşayan azərbaycanlılar icma ilə görüşü təqdir edir

Dekabrın 3-də Kopenhagen şəhərində Danimarkada yaşayan azərbaycanlılarla Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun görüşü keçirilib.

Olaylar xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, icma üzvləri Danimarkada ilk dəfə geniş tərkibdə belə görüşün təşkilini, müxtəlif istiqamətlərdə fikir mübadiləsinin aparılmasını yüksək qiymətləndirib, bundan sonra da diaspor siyasətinə öz töhfələrini verəcəklərini dilə gətirib.

Danimarka-Azərbaycan "Vətən" Cəmiyyətinin sədri Mehriban Əliyeva: "Danimarkada 320 azərbaycanlı yaşayır, onların 150-si bu görüşdə iştirak edir. Bu bizim üçün qürurdur və birliyimizin, gücümüzün göstəricisidir".

Danimarka Azərbaycan "Vətən" Cəmiyyətinin mərhum rəhbəri Səfər Sadiqinin həyat yoldaşı Tamella Mahmudova: "Danimarkada yaşayan soydaşlarımız yaxşı mövqelərdə çalışırlar. Burada azərbaycanlılara qarşı hörmət, diqqət var. Bir azərbaycanlı olaraq bununla fərəh hissi keçiririk".

"Vətən" Cəmiyyətinin üzvü Nigar Səfər Sadiqi: "İcma görüşlərinin keçirilməsinin faydası çox böyükdür. Belə görüşlər bizim birliyimizə bir təkandır".

Mühəndis Ziya Fərzəliyev: "Azərbaycanı dünyada tanıtdırmaq, birliyimizi nümayiş etdirmək üçün bundan yaxşı vasitə olmaz. Gələcəkdə də belə görüşlərin davam edəcəyinə ümid edirik".

"Vətən" Cəmiyyətinin idarə heyətinin üzvü Fərqanə İsmayılova: "Danimarka-Azərbaycan "Vətən" Cəmiyyəti burada yaşayan azərbaycanlılarla tez-tez görüşlər keçirir. Diasporla İş üzrə Dövlət Komitəsi ilə ilk görüşümüzdür. Belə görüşlərin davamlı olacağına və Danimarkada Azərbaycan Evinin açılacağına inanırıq".

Danimarka-Azərbaycan "Vətən" Cəmiyyətinin sədr müavini Amid Hüseynov "Danimarkanın müxtəlif bölgələrindən azərbaycanlılar, ictimai fəallar bu görüşə xüsusi maraq göstəriblər. Azərbaycan dilinin öyrənilməsi, mədəniyyətinin qorunub saxlanmasın üçün Danimarkada Azərbaycan Evinin açılmasını istəyirik".

Təqaüdçü Nəriman Həsənov: "Bugünkü görüş çoxdankı arzumuz idi. Belə görüşlərin tez-tez keçirilməsini arzulayırıq".

Həkim Dilarə Məmmədova: "Ətrafında səni başa düşən eyni dildə danışan, eyni mədəniyyətə sahib insanların olması çox gözəldir. Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi bizim üçün çox vacib, çox dəyərlidir. Danimarkada Azərbaycan diasporundan dəstək görmək çox qürurverici hissdir. Mən də Azərbaycan diasporunun aktiv iştirakçısıyam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
34
1
olaylar.az

2Источники