RU

Bəqai: "İran İsrailə cavab vermək üçün..."

"Tehran sionist rejimin təcavüzkar hərəkətlərinə cavab vermək üçün bütün fiziki və intellektual sərvətlərini işə salacaq".

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

O, bildirib ki, İranın İsrail rejiminə qarşı müəyyən cavab nümunələri var:

"Biz sionist rejimə cavab vermək üçün bütün fiziki və intellektual imkanlardan istifadə edəcəyik. Hər hansı bir təcavüz aktına reaksiyamız həlledici olacaq. Sionist təcavüzü mövcud olduğu müddətdə region müharibə astanasında qalacaq. İran Qəzza və Livanda İsrailin cinayətlərinin dayandırılması təşəbbüslərini həmişə alqışlayıb".

Gülşən Şərif

Избранный
29
bakivaxti.az

1Источники