RU

47 yaşlı model gözəllik sirrini açıqladı: "Hər gün 40 dəqiqə... "

Türkiyəli keçmiş gözəl Demet Şener, ilk dəfə gözəllik sirrini açıqlayıb.

 47 yaşlı model həmişə gənc qalmaqla bağlı "İnsanın özünü gözəl və yaxşı hiss etməsi ən vacib şeydir" sözlərini söyləyib.

 


Demet gözəllik sirrinin hər gün 40 dəqiqə etdiyi üz maskası və idman oluğunu deyib:

"47 yaşındayam. Özümə çox yaxşı qulluq edirəm. Hər gün 40 dəqiqə ərzində üzümə maska çəkirəm. İdmanla məşğul oluram. Amma zamana qarşı gəlmək üçün dəstək də vacibdir. Əmək də verəcəyik amma dəstək də mütləqdir...".

 

Xatırladaq ki, Demet 1995-ci ildə "Miss Turkey" gözəllik yarışmasında birinci yeri qazanıb. Onun keçmiş basketbolçu İbrahim Kutluaydan bir qızı və bir oğlu var./BAKU.WS
Избранный
37
1
referans.az

2Источники